Yuxuda qiz usagi gormek
Yuxuda qiz usagi gormek xeyirə yozulur. Bu yuxu həm də ən xeyirli yuxulardan biri hesab olunur. Hər kim yuxuda qız uşağı görsə bu o deməkdir ki, onu gözləyən müxtəlif xoş xəbərlər və sevincli günlər vardır. Yuxuda qız uşağı görmək həm də bolluq və bərəkət deməkdir.
İnsanın yuxusunda qız uşağı görməsi çox yaxşıdır. Bu yuxu onun (yuxunu görən şəxsin) sıxıntı və çətinliklərdən sonra bolluğa, bərəkətə, izzət və şöhrətə, rahatlıq və rifaha nail olacağına işarədir. Yuxuda balaca qız uşağı görmək, yuxu görənin dünya nemətlərinə (dünya sərvətinə) çatacağına (yəni varlanacağına, mal-mülk sahibi olacağına yozulur. Yuxuda balaca qız görmək, ruziyə və asanlıqla qazanılacaq mal-dövlətə işarədir. Bir insan yuxusunda qucağında kiçik bir qız uşağı daşıdığını görsə, çoxlu xoşbəxtlik və şansa nail olacağına, çevrəsində nüfuzu və şərəfinin artacağına işarədir. Hamilə qadın yuxuda balaca qız uşağı dünyaya gətirdiyini görsə, bətnindəki uşağın ona bənzəyən (anasının eyni forması olan) qızı olduğuna dəlalət edir. Bir qadın yuxuda özünü kiçik bir qız kimi görsə, o qadının bir peşə öyrənəcəyinə, dünya işlərinin çox yaxşı olacağına və dünyanın bütün nemətlərinin o qadına gələcəyinə işarədir.
Yuxuda qıiz usagi gormek bolluq və xoşbəxtlik deməkdir. Röyasında qızı görən adamın pulunun gözlədiyindən çox olacağı və mülk sahibi olacağı deyilir. Yuxuda qız uşağı görməyiniz xoş xəbər alacağınıza, böyük qazanclar əldə olunacağına, arzuladığınız xoşbəxtliyin gələcəyinə işarədir. Bu yuxunu görən insan subaydırsa, bu, qısa müddətdə ailə quracağına və uşaq sahibi olacağına, evlidirsə, evinin bərəkətli və ruzili olacağına yozulur.
Yuxuda başqasının usagini gormek
Bu yuxunun mənası yuxunu örən insanın maliyyə məsələlərində rahatlaşacağına işarə edir. Yuxuda başqasının qızını görmək yaxın gələcəkdə üzərinə düşən vəzifələrə işarə edir. Yuxu görən insanın yetkin, anlayışlı və hörmətli bir xarakterə sahib olacağına yozulur. Bu həm də qarşılaşacağı hadisələr nəticəsində daha çox məsuliyyət daşıyacağına işarə edir.
Yuxuda qiz usagi dunyaya getirmek
Yuxuda qız uşağı görmək gödüyünüz yuxunun əksinə olaraq oğlan uşağınızın olacağına işarə edir. Əksinə, oğlan görmək qız övladının olacağına işarə edir. Yuxuda qız övladı dünyaya gətirmək uğura, oğlan dünyaya gətirmək isə çətinlik və sıxıntıya yozulur.
Yuxuda qız uşağı görmək həmişə xeyrə yozulur. Yuxuda yeni doğulmuş körpə qiz uşağı görmək ən xeyirli və gözəl yuxulardan biridir. Bu yuxu yuxunu görən adamın həyatda ən çox istədiyi və gözlədiyi şeylərin gerçəkləşəcəyinə işarədir.
Bu yuxu mərhəmət və şəfqət simvoludur. Öz qızınız ondan alacağınız yaxşılıqları və ya ona edəcəyiniz yaxşılıqları göstərir. Yuxu sahibinin qızı böyüdükdə valideynlərinə böyük lütflər edər və onların təqdirini qazanacaq səviyyəyə çatar.
Yuxuda qiz usaginin aglamasi
Yuxuda hər hansı bir qız uşağının və ya körpənin ağladığını görmək, çətinliklərlə əldə edəcəyiniz nemətlərə və xoşbəxtliyə dəlalət edir. Bu yuxu çətinlik yaşamadan həyatınızda uğur və sevinc əldə edə bilməyəcəyinizə və hər çətinlikdən sonra mütləq rahatlıq, firavanlıqla qarşılaşacağınıza işarədir.
Yuxuda qiz usagini qucaqlamaq
Yuxusunda bir qız uşaöını qucaqlayan insan real həyatda çoxlu sevinc, xoşbəxtlik və xoş xəbərlər alacaq. Xüsusilə gözləntiləri olan və xəbər almaq istəyənlər üçün bu yuxu, tezliklə bütün istəklərinə çatacaqlarına və beləliklə də həyatlarında yaşadıqları çətinliklərin sona çatacağına işarə edir.
Yuxuda qız uşağı ilə danışmaq
Yuxusunda qız uşağı ilə danışdığını görən insan yaxın çevrəsindən bir gəncdən xoş xəbər alacaq. Bu yuxu xüsusilə hər hansı bir problemi olan bir insan üçün yaxşı bir xəbərdir. Borcu olanlar üçün pula, maddi sıxıntı içində olanlar üçün rahatlığa, şəxsi həyatlarında bəzi çətinliklərlə üzləşənlər üçün rifaha işarə edir.
Yuxuda qiz usagi ezizlemek
Bu yuxu subaylar üçün evlilik, evlilər üçün isə körpə uşaq müjdəsidir. Bu yuxunu görən insan dərhal olmasa da, zamanla arzu və istəklərinə çatacaq. Bir qız uşağı əzizləmək bəzən alacağınız yaxşı xəbər deməkdir. Bəzi yuxu yozanlara görə, bu yuxu hamıya qarşı yaxşı niyyətli və qəlbində pislik olmayan qadına işarə edir.
Yuxusunda şəfqət göstərən və kiçik bir qızı qucaqlayan insan, dünyada ehtiyacı olan birinə mənəvi və ya maddi yardım edər. Bu yuxu içinizdə çox mərhəmət olduğunu və hamı tərəfindən sevildiyinizi göstərir.
Yuxuda qiz usagi ovladliga goturmek
Yuxusunda qız övladlığa götürən, ona çox xeyir gətirəcək yaxşı bir insanla dostluq edər. Bəzi alimlərin fikrincə, bu yuxu insanın daima yaxşı işlərin arxasınca getməsinə, yaxşı işlər görməsinə və səhv yollara düşmədən həmişə xeyirxah yollarla dolanmağına işarə edir.
Yuxuda qız uşağının əlindən tutmaq
Belə bir yuxu, insanın tezliklə kömək edəcəyi möhtac və kasıb bir insanın xəbərçisidir. Bəzən bu, ətrafınızda köməyinizə ehtiyacı olan insanların olduğuna və mütləq yardım əlini uzatmağınıza, Allahın sizə verdiyi nemətləri sədəqə üçün sərf etməyinizə xəbərdarlıq edən bir yuxu kimi yozulur.
Yuxuda qiz usagina süd vermək
Bu yuxu insanın görəcəyi yaxşılıqlara və alacağı nemətlərə işarədir. Uşağı əmizdirmək, bir qadın görsə, xeyirli və gözəl bir yuxu kimi tanınır. Kişilər üçün belə bir yuxu pisdir. Qarşılaşacağınız sıxıntı, problem və kədərə işarə edən bu yuxu, yuxunu görən insanın başına gələcək bəzi xoşagəlməz hadisələrə də aid edilə bilər.
Yuxuda qiz usagi itirmək
Yuxusunda övladını itirdiyini və daim onu axtardığını görən bir kəs bəzi fürsətləri əldən verər və beləliklə də böyük bir şansı itirər. Bu yuxu həm də insanın dünyəvi şeylərə daha çox dəyər verməsi nəticəsində axirətdən uzaqlaşmasına, buna görə də səhv və haqq-ədalətə fikir vermədən yaşamasına yozulur.
Yuxuda oz usaqligini gormek
Yuxusunda özünü yenidən uşaq görən şəxsə ata-anasından mal, qənimət və ya miras alacaq. Bu yuxu adətən sizinlə valideynləriniz arasında baş verəcək bəzi hadisələrə işarə edir. Valideynləri sağ olan şəxs bu yuxunu görsə, onların xeyir-duası ilə istədiyi hər şeyi əldə edər. Valideynləri vəfat edənlər üçün bu, onların izi ilə getməyə işarə ola bilər.