Yuxuda ölü gormek
Yuxuda ölü görmək, insanlara dərindən təsir edən yuxular sırasındadır. Yuxuda ölü görmək qorxuya səbəb ola biləcək yuxulardan biri olsa da, adətən yaxşılığa yozulur. Yuxu yozanlar yuxuda ölü bir insanı görməyin müsbət şərh edirlər. Yuxuda ölmüş bir insanı görmək, adətən, əksinə yozulan yuxulardan biridir. Yuxuda ölü görmək yuxu yozanlar tərəfindən uzun və sağlam ömür kimi yozulur. Yuxuda ölü görmək həm maddi, həm də mənəvi xeyir gətirən yuxulardandır. Yuxuda ölü görmək yuxu görənin uzun və sağlam ömür sürəcəyinə işarədir.
Yuxuda ölü görmək dinc və xoşbəxt həyat yaşamaq deməkdir. Xüsusilə gələcəkdə yaxşı bir həyat sürərkən bütün maddi və mənəvi problemlərdən qurtulacağınıza işarə edir. Əgər insanla ailəsi arasında müəyyən problemlər yaranarsa, onun bu problemləri aradan qaldıracağına inanılır. Əgər başqa maliyyə problemləri və borcları varsa, öz mübarizəsi ilə bunların öhdəsindən gələcəyinə dəlalət edir. Bu səbəbdən yuxuda ölü görmək ümumiyyətlə müsbət və xeyirli sayılır.
Yuxuda ölü ilə danışmaq
Yuxuda ölmüş insanla danışmaq yuxu görənin çox uzun və gözəl bir ömür sürəcəyinə işarə edir. O, öz həyatındakı mürəkkəblikdən xilas olmaq və nizamlı həyata qayıtmaq istəyir . Yuxuda ölü görən şəxs mərhum haqqında xoş sözlər danışarsa, müjdə və xoş xəbər gələcəyinə yozulur. Ancaq yuxuda bu mövzuda pis şeylər danışılırsa, yuxu görən adamı pis vəziyyətlərin gözlədiyi deyilir.
Bu yuxunu görən insanın borclarından, xəstəliklərindən qurtularaq rahatlayacağı, hüzur tapacağı, şəfa tapacağı, yoluna qayıdacağına, rahatlıq tapmağa müvəffəq olacağına işarədir. Yuxu görənin dərdlərinin, ağır iztirablarının sona çatacağına və adamın indi özünü çox yaxşı hiss edəcəyinə yozulur.
Bundan əlavə, yuxuda ölülərlə danışmaq, insanın münasibətləri ilə bağlı bəzi hadisələrin aydınlaşacağına işarədir. Yuxuda ölmüş insanla danışmaq, insanın şəxsi həyatında biri ilə münasibətini bitirmək və ya davam etdirmək məcburiyyətində qalacağı kimi yozulur.
Yuxuda ölünün dirildiyini görmək
Yuxuda ölülərin dirilməsi, insanın şəxsi həyatını nizama salmaq üçün atacağı addımlara yozulur və onun arxasınca baş verənlər bir-bir üzə çıxacaq. Yuxuda ölülərin dirilməsi o deməkdir ki, şəxsi həyatında təlatümlü günlər gözləyir.
Bu yuxunu gğrən insanın həyatının müsbət istiqamətdə irəliləməyə başlayacağına, həyatının yoluna düşəcəyinə, işinin açılacağına, qazancının artacağına və dayanmış ticarətinin birdən-birə sürətlənəcəyinə işarə edir. Kifayət qədər ruzi əldə etmək kimi yozulur.
Yuxuda ölmüş adamın güldüyünü görmək o adamın qarşı tərəfdəki məqamının yüksək olmasına işarədir. Digər yuxu alimlərinə görə bu, yuxu görənin xəbər alması kimi yozulur. Bu xəbər müsbət və ya mənfi şəkildə görünə bilər. Başqa bir şərhə görə, yuxuda görülən mərhumun dua istəməsinə yozulur.
Yuxuda ölmüş birini qucaqlamaq
Yuxuda ölmüş insanı qucaqlamaq yuxu görənin zamanla kimsə üçün darıxdığını göstərir. Bu baxımdan yuxu görənin ölü bir insanı qucaqlaması onun gələcəkdə çox gözəl günlər yaşayacağına işarə olaraq yozulur. Bu yuxu ümumiyyətlə insanın uzun səfərlərə getdiyinə və bu səbəbdən sevdiklərinə uzun müddət həsrət qaldığına və ya qalacağına işarə edir. Bundan əlavə, ailəsi ilə birlikdə xoşbəxt bir həyat sürəcəyi, maddi və mənəvi problemləri öz mübarizəsi ilə aradan qaldıracağına dair şərhlər edilir.
Başqa bir yozuma görə, yuxuda ölmüş bir insanı qucaqlamaq, düşmənlər tərəfindən uzadılacaq barışıq əlinə işarə edir. Yuxu görənin düşmənlərini bağışlayacağına, halallıq verəcəyinə işarədir.
Yuxuda birinin öldüyünü gormek
Yuxuda birinin öldüyünü görmək yuxu görənin əhvalına görə dəyişir. Bu yuxu çox dərinliyə malikdir. Yuxunu görən adam bu yuxunu görərkən həyatında çətin günlər yaşayırsa, iş həyatında bəzi neqativ halların yaşanacağına işarə edir. Xüsusilə işlərin pis gedəcəyini və əhəmiyyətli maliyyə itkilərinin olacağını göstərir. Yuxu, insanın yuxusuna necə reaksiya verəcəyindən asılı olaraq müxtəlif yollarla yozulur.
Yuxuda yaşaya bir insanın öldüyünü görmək yuxu görən haqqında məlumat verir. Ancaq burada yuxuda ölən şəxsin necə öldüyü və sizin bu ölümə necə reaksiya verdiyiniz xüsusilə vacibdir. Xüsusən yuxu görən adamın işlərini qaydasına sala bilməyəcəyi yozulur. Başqa bir şərhə görə, ailəsindən və ətrafındakı bəzi insanlardan maddi və mənəvi dəstək alacağına işarədir. İnsanın gələcəkdə heç kimdən asılı olmayacağı və öz ayaqları üzərində dayana biləcəyi şərh olunur.
Yuxuda tanıdığınız birinin öldüyünü görmək, dostunuzla iş ortaqlığı quracağınıza və ailənizdən dəstək alacağınıza işarədir. Həmçinin yuxu görənin ev satacağına və həyatı boyu maddi sıxıntı yaşamayacağına işarə edir.
Yuxuda vəfat etmiş ailə üzvünün öldüyünü görmək qardaşın evlənməsinə yozulur. Bu da onun əmi və ya dayı olacağına işarə edir. Yuxu görənin evinə xoş və şad xəbərlərin gələcəyini bildirir. İş və ictimai həyatda uğur qazanacağına və buna görə də yaxşı bir əyləncə keçirəcəyinə yozulur.
Yuxuda öldüyünü gormek
Yuxuda özünün öldüyünü görmək, yuxu görənin yavaş-yavaş ruhən zəiflədiyinə və ya zəifləyəcəyinə işarədir. Çətin bir dövrə girmək üzrə olduğunuza da yozulur. Problemlərin gündən-günə daha da böyüyəcəyinə, bəxtinin tükəndiyinə və bəzi maddi problemlər yaşadığına işarə edir. Yuxu görənin bunlara çox diqqətli olması lazım olduğunu bildirir.
Yuxuda ölmək həm də yuxunu görən adaç üçün uzun ömür deməkdir. Yuxuşünaslar ümumiyyətlə yuxu görən yuxuda özünü öldüyünü görəndə uzun müddət xoşbəxt və dinc bir həyat sürəcəyini şərh edirlər. Həmçinin yuxu görənin bəzi xeyirli hadisələrlə qarşılaşacağına işarə edir. Mövcud problemlərdən qısa zamanda qurtulmaq, maddi və mənəvi problemlərin həlli kimi şərhlər ön plana çıxır.
Yuxuda olu üçün aglamaq
Yuxuda ölən adamın ardınca hüznlə – yüksək səslə də olsa – ağladığınızı görmək sevinc və xoşbəxtliyə işarədir.
Yuxuda ölü üçün ucadan fəryad edib ağlamaq xütbəyə işarədir. Bəzi mənbələrdə qadının fəryad edib ağlayan səsinə qulaq asmaq nağara, tütək, çalğı alətləri ilə keçiriləcək toy məclisinə işarədir.
Bir insan yuxuda ölmüş bir insan üçün ağladığını və ya başqa bir şey üçün qışqırdığını və çox kədərləndiyini görsə, bu, rahatlıq və xoşbəxtliyə işarədir.
Bir şəxs yuxuda fəryad edib kiminsə vəfat etdiyini xəbər verərsə, o kişi tanınmış adamdırsa, o ölənin arxasında bir bəlaya düşəcəyinə işarədir.
Bəzən yuxuda ölü üçün ağlamaq, ağlayan adamla nifaq salmaq deməkdir. Bir insan yuxuda özünü ölü bir cəsədin üstündə aciz halda ağladığını görsə, yuxusunun əksinə olaraq şad xəbər alacağına, şadlanacağına və ya xoşbəxt hadisələr yaşayacağına işarə edir. Bəzən ölü üçün ağlamaq doğru yoldan azmağa və ya dindən dönməyə işarədir.
Yuxuda toplu ölüm gormek
Yuxuda kütləvi ölüm görmək gec-gec görülən yuxulardan biridir. Bu yuxu çox vaxt insanın sevdiyi insanlarla birlikdə böyük xoşbəxtlik yaşayaraq dərd və problemlərindən qurtulacağına yozulur. Yuxuda kütləvi ölüm görməyin başqa bir mənası da görüləcək işlər və həyata keçirəcək layihələr sayəsində yaxşı bir gəlir əldə edəcəyiniz, uzun müddətdir arzuladığınız şeylərə qısa müddətdə çatmağınızdır.
Yuxuda kütləvi ölüm görməklə yanaşı, kütləvi ölüm xəbəri almaq da mənaları araşdırılan yuxular sırasındadır. Bu yuxunun mənası şans və sərvətin artması və çətin vəziyyətlərə son qoyulması kimi ifadə edilir. Bəzi təfsirlərdə aşılmış bəzi maneələr yenidən üzə çıxdığı üçün kütləvi ölüm xəbərinin alınması mənfi məna kimi yozulur. Bu yuxunun başqa bir mənfi mənası, insanın işində yoldaşından böyük bir zərbə alacağı və kədər yaşayacağıdır.