Yuxuda it gormek

İtlər bir çox insanın gündəlik həyatda tez-tez qarşılaşdığı varlıqlardır. Buna görə də, əksər insanlar tez-tez yuxuda bu canlıları görürlər. Ümumiyyətlə, itlərlı bağlı görülən yuxular üç fərqli mənaya yozulur: dostluq, sədaqət və müdafiə.

Yuxuda it görmək müxtəlif psixoloji mənalara malikdir. Yuxuda intuisiya, dostluq, qorunma və sədaqət simvolu sayılan it görmək müəyyən addımlar atmaq lazım olduğunu bildirir. Eyni zamanda sizə yaxın olan həyat yoldaşınızı və ya dostunuzu itirəcəyinizi düşünmək yuxuda it görmək kimi də yozulur. Köpəyə mehriban və sadiq deyildiyi üçün şüuraltına qoyduğunuz bu düşüncə yuxunuzda it görmək şəklində əks oluna bilər. Yuxulardakı itlər həyatımızdakı insan münasibətlərini təmsil edə bilər.

Yuxuda it görmüsünüzsə, kimisə qorumaq və ya onlardan qorunmaq lazım olduğunu düşünə bilərsiniz. Münasibətlərinizin gərgin olduğunu və ya yeni dostluqlar və əlaqələr qurmağa can atdığınızı hiss etdiyiniz zamanlarda bu yuxunu görmə ehtimalınız böyükdür.

Yuxuda hürən itlər görmək ətrafınızda küsmüş və bezdirici insanların olduğuna işarə edir. Bəlkə də dostlarınızdan narazılığınız bu yuxuda üzə çıxıb. Bir itin ayaqlarınızı dişlədiyini görmək, həyatınızın istiqamətini tarazlaşdırmaq üçün lazım olan gücü itirdiyinizi göstərir. Bu yuxu həm də yeni bir vəziyyət yaxınlaşdıqca tərəddüdünüzü və ya hədəflərinizi irəli aparmaq istəyinizi ifadə edir.

Yuxuda sevinclə hürən it görsəniz, bu, həyatınızdan razı olduğunuz və ictimai fəaliyyətlərdə iştirak etmək istədiyiniz deməkdir. Yuxunuzdakı it vəhşicəsinə hürürsə, bu, ətrafınızdakı insanları idarə etmək istədiyiniz deməkdir. Bu yuxu dostların sizə düşmənçiliklə yanaşdığını da göstərə bilər.
Əgər it aldığınızı görmüsünüzsə, ruhunuzu oxşayacaq sözlər eşitmək istəyə bilərsiniz. Digər tərəfdən, özünüzü tənha hiss edirsiniz və yeni dostluqlar qurmalısınız.
Yuxunuzdakı it sizi yönləndirirsə, bu, seçim və qərar verməkdə çətinlik çəkdiyiniz deməkdir. Özünüz üçün doğru olanı etməlisiniz və başqalarının bu barədə nə düşündüyünə qulaq asmamalısınız.

Yuxunuzdakı it sizin ev heyvanınızdırsa, bu, hal-hazırda yaxın münasibətdə olduğunuz bir insanla problem yaşayacağınıza işarə edə bilər. Həmçinin, yaxın ətrafınızdan sevgi, qayğı, diqqət və ya tərif gözlədiyiniz mənasına gələ bilər.

Yuxuda ölü it görmək

Bir itin ölməsi ilə bağlı yuxu, emosional kədərə işarədir. Bu yuxu, indiki həyatınızdakı stres faktorları, məsələn, vacib bir əlaqədə gərginlik və ya ayrılma kimi səbəbin göstəricisi ola bilər. Tanımadığı bir itin öldüyünü görmək, sizin üçün vacib olan bir şeyin-əşya və ya insanın itirilməsinə işarə edə bilər.

Yuxuda itin hücumu

Əgər yuxunuzda sizə hücum edən, ancaq dişləməyən bir it gördünüzsə, bu o deməkdir ki, ətrafınızda bəzi düşmənlər var. Düşmənləriniz sizə qarşı kin saxlayır, amma sizə zərər vermirlər. Yuxuda itin tüpürcəyi üzərinizə sıçrayırsa, düşməninizin deyəcəyi sözlər sizi əsəbiləşdirəcək. İt paltarınızı cırırsa, görməli olduğunuz bəzi işlərdə problem yaşayacağınız deməkdir.

Yuxuda it tərəfindən qovulmağı görmək stresli, qorxulu və xoşagəlməz hadisələr yaşayacağınıza işarədir. Nə vaxt belə bir yuxu görsəniz, bu, çox vaxt həyatınızdakı həll edilməmiş və ya qəbul edilməmiş bir stresslə əlaqələndirilir. Ola bilsin ki, siz hətta bunun nə olduğunu bilmirsiniz, amma şüuraltınız bu barədə çox yaxşı bilir və bununla üzləşməli olduğunuzu düşünür.

Ola bilsin ki, münasibətinizlə bağlı həyatınızı dəyişəcək bir qərarla üzləşməkdən çəkinirsiniz, bəlkə də məsuliyyətdən qaçırsınız, yaxud da kiməsə qarşı həqiqi hisslərinizi gizlədirsiniz. Belə bir yuxu görmüsünüzə özünüzə belə etiraf etmədiyiniz şeylər barədə düşünün və onlarla üzləşməyə cəhd edin.

Yuxuda itin sizə hücum etməsini görmək, təzyiq altında hiss etdiyinizi və ya düşdüyünüz vəziyyətdən qaçmaq istəyinizi göstərə bilər. Bəlkə də, kiminləsə olan dostluq münasibətiniz pozulub və ya biriylə olan münasibətdən artıq bezmisiniz və şüuraltınız bu yuxuda diqqəti ona çəkməyə çalışır.

Yuxuda yaralı it görmək

Xəsarət almış bir iti yuxuda görmüsünüzsə, çox güman ki, yaxınınızda xəstə, ağrılı, və ya sadəcə çətin günlər keçirən biri var. Bu yuxunun kök səbəbi emosional olaraq yaşadığınız hisslərdir. Yaralı bir it, sağlamlığınız və ya həyatınızdakı yaxın münasibətiniz barədə narahat olduğunuz anlamına gələ bilər.

Yuxuda itin sizi dişləməsini görmək, dişləmənin bədəninizin harada baş verdiyindən asılı olaraq fərqli mənalar verə bilər. Ayağınızdan dişlədiyini görmüsünüzsə bu həyatınızda balansın olmadığını göstərə bilər; biləyinizdəki dişləmə, kiməsə sədaqətinizin və ya bir şeyin sizi irəli getməyə qoymaması anlamına gələ bilər.

Yuxuda bir itin sizi harasa apardığını görmüsünüzsə, məsələn, meşədə və ya səyahətdə, özünüz və həyatınız haqqında hələ kəşf etmədiyiniz bir şey var deməkdir.

Bildiyimiz kimi itlər sahiblərinə qarşı olan məhəbbətləri və sədaqətləri ilə tanınırlar. Buna görə də, rəhbərliyə və ya dəstəyə çox ehtiyac duyduğunuz zaman yuxunuzda it görmə ehtimalınız böyükdür.

Yuxuda it görmək şəfalanma və təmizlənmə simvolu ola bilər.

Xristian inancına görə, yuxuda səni yalayan itin günahlarını təmizləməsini təmsil etdiyini göstərir. Ola bilsin ki, sizə sıfırdan bir həyatı yenidən başlamaq şansı təklif olunub.

Yuxuda it görmək, gözüyumulu şəkildə etibar edə biləcəyiniz birinin olması deməkdir. Aranızda o qədər güclü bir bağ var ki, o, bütün digər münasibətlərinizi üstələyir. Həmin insan vəziyyətdən asılı olmayaraq tərəfinizi tutur və sizin üçün təhlükəsiz şərait təmin edir.

Aqressiv bir it görmək, ürəkdən güvəndiyiniz və sonra sizə xəyanət edən bir insana qarşı qəzəbin basdırılmasını işarət edir. Xəyanətləri ilə bağlı onlarla üz-üzə gəlmək və bunu müzakirə etmək şansınız yarana bilər..

İtlər tez-tez müdafiə simvolu olaraq qiymətləndirilir. Sizi manipulyasiya etmək və ya zərər vermək istəyənlərdən özünüzü qorumaq üçün sizi xəbərdar etmək üçün yuxu dünyasında sizi ziyarət edə bilərlər. Təhlükəli vəziyyətlərdən qaçmaq üçün həyatınıza buraxdığınız insanlara qarşı diqqətli olun.

Yuxuda öz ərazisini qoruyan it görmək, qayğı göstərdiyiniz insanlara qarşı həddən artıq qoruyucu xarakterinizi təsvir edir. Bəzən onları qorumaq və xoşbəxt görmək üçün onların yerinə səssizcə əzab çəkməyi seçirsiniz.

Yuxuda itə yemək vermək

Yuxuda ov iti yedizdiren insan şou sever kimi təyin olunur. Bir itə yemək vermək, həyat yoldaşınızla münasibətlərinizin yaxşı olmadığına işarədir. İt almaq və ya kiminsə sizə it hədiyyə etməsi o deməkdir ki, qohumlar arasında əmlakla bağlı bəzi xoşagəlməzliklər olacaq. Bu xoşagəlməzliklər bir müddət sonra razılaşma ilə bitəcək.
Ev itinizin olduğunu görüb onu bağçanızda və ya küçədə gəzdirməyiniz həmin insanın həzz sevən və mərhəmətli bir insan olduğuna işarə edir.

Yuxuda bala it görmək

Yuxuda bala it görmək çox vaxt uşaq sahibi olmağa yozulur. Yuxunu görən evlidirsə və övladı yoxdursa, yaxın gələcəkdə bu məsələ ilə bağlı yaxşı xəbərlər ala bilər. Uşaq sahibidirsə böyüdükdə ailələrini dolandıracaq yaxşı övladlar yetişdirirlər. Bu yuxunu görən insan subaydırsa, tezliklə evliliyə doğru addım ata bilər.

Yuxuda bir bala it almaq, yuxu görənin təvazökar, mehriban və xoş danışdığı üçün insanlarla yaxşı münasibət qurması deməkdir. İnsan xasiyyəti sayəsində hamı tərəfindən sevilir. Həmin şəxs alacağı xoş xəbərə sevinə bilər. Ailədaxili problemi olan insanlar tez bir zamanda həllini tapırlar. İş həyatında yüksəlmək istəyənlər bir müddət sonra istədikləri səviyyəyə çatırlar.

Yuxuda bala it görmək, insanın tezliklə onu sevindirəcək xəbər alacağına işarədir. Yuxunu görən şəxsin həyatı müsbət istiqamətdə dəyişə bilər. Həm də insan iş həyatında çox uğurlu olur. Bu yuxunu görən şəxs evlidirsə, qısa zamanda övladı ola bilər. Əgər subaydırsa, tezliklə yaxşı bir bəxtlə qarşılaşa bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button