Yuxuda ilan gormek

Yuxuda gördüyümüz hadisələr real hayatda fərqli mənalar daşıya bilir.

Ümumiyyətlə, yuxuda ilan gormek dəyişən şərtlərin və ya fikirlərin göstəricisidir. Bundan əlavə, tarix boyu ilanın günah və şərlə olan əlaqəsini nəzərə alsaq, bu yuxular narahatlıq və ya mənfi düşüncə tərzini də göstərə bilər. Bəzi mədəniyyətlərdə isə ilan yuxuları mənəvi həqiqətə doğru bələdçi rolunu oynayan müsbət əlamət hesab olunur.

Yuxuda ilan görmək üçün müxtəlif müsbət və mənfi yozumlar edilib. Yuxu şərhində ilan düşməni simvollaşdırır. Daha çox gözəgörünməz, gizli, məkrli düşmənin olduğunun göstəricisidir. Yuxularda ilan müxtəlif formalarda və situasiyalarda görünə bilər. Məsələn, kiminsə ilanı öldürdüyünü görmək yaxşı gəlirin, maddi qazancın simvolu hesab olunur. Maddi durumunuzu gücləndirmək, ailə həyatında yeniliklər yaşamaq, övlad sahibi olmaq və ya evliliyə səbəb olacaq münasibətə başlamaq kimi müsbət yozumları da olan ilan görmək daha çox gizli düşmənə işarə edir.

Yuxuda ilan gormek, dəyişmə dövründən keçdiyinizi göstərə bilər. Yuxuda ilan dərisi görsəniz və ya ilanın qabığını dəyişməsini görsəniz, bu yuxunun həyatınızda dəyişiklil olaağı mənasına yozulması daha da böyük ehtimaldır. Bu, artıq sizə lazım olmayan şeyləri həyatınızdan çıxardığınızın və həyat dövrünüzün növbəti hissəsinə keçdiyinizin müsbət simvoludur. Dəyişiklik heç vaxt asan deyil, amma bilin ki, bu dəyişiklik sizin inkişafınız üçün vacibdir.

Dərisini dəyişən ilan yuxuları real həyatınızdakı dəyişikliklərin şərhini daşıyır. Yuxunuzda görünən, xüsusən də qabıq dəyişən ilan, yeni bir macəraya, dəyişikliyə və yenilənməyə hazır olduğunuza işarə ola bilər. Ola bilsin ki, yeni bir iş və ya münasibət qurmağın vaxtıdır və ya bu yuxu sizə əsl xarakterinizi üzə çıxarmağın vaxtı olduğunu söyləməyə çalışır.

Yuxuda çoxbaşlı ilan gormek

Çox başlı ilanları əks etdirən yuxular, bir çox seçimlə mübarizə apardığınızı və hansı yolu seçəcəyinizlə bağlı qərar verməli olduğunuzu göstərə bilər.

Yuxuda ilanların əhatəsində olmaq, yuxunu görən şəxsin həyatındakı insanlarla bağlı tez-tez narahat olması mənasına gəlir.

Bir çox mədəniyyətlər ilanları həm təbii, həm də fövqəltəbii dünyalar haqqında müdrikliklə dolu mənəvi bələdçilər kimi görürlər. Onlar tez-tez həm şüurlu, həm də şüursuz enerjilər arasındakı tarazlığı təmsil edirlər. Belə ki, əgər yuxunuzda ilan görsəniz, bu, başqaları tərəfindən idarə olunmaq əvəzinə, öz intuisiyanıza güvənib mənəvi yolunuzla getməli olduğunuza işarə ola bilər.

Yuxuda bir ilanın sizə hücum etdiyini və ya zərər verdiyini görmək, ətrafınızdakı bir insandan təhlükə hiss edəcəyinizə və ya həll etməkdə çətinlik çəkdiyiniz bir probleminizin ola biləcəyinə işarədir. Bu dost, ailə üzvü, sevilən biri və ya iş yoldaşınız ola bilər. Narahatlıqla dolu bu yuxular həm də tələyə düşmək və ya problemi həll edə bilməmək hissini təmsil edə bilər.

Yuxuda ilan sancması

Əgər ilanların sizi sancdığını görmüsünüzsə, ola bilsin ki, bu, sizə daha çox rifahınızı pozan mənfi düşüncələrdən və davranışlardan özünüzü uzaqlaşdırmalı olduğunuzu söyləməyə çalışır. İlan sancması ilə bağlı yuxular, həmçinin gizlətdiyiniz və ya qaçdığınız müəyyən bir vəziyyətlə üzləşməyin vaxtı olduğunu ifadə edə bilər. Yuxuda ilan sancdığını görmək sizə düşmənçilik bəsləyənlər tərəfindən zərər görəcəyinizə işarə edir. Bu həm maddi, həm mənəvi, həm də fiziki zərər ola bilər. İslam nöqteyi-nəzərindən xəbərdarlıq edən yuxudur və insanın diqqətli olması, Allaha sığınması və eyni zamanda ətrafına qarşı daha diqqətli olması lazım olduğuna işarə edir. Özünü ilan sancdığını görən adam işindən qovulacaq, pul itirəcək və ya mal satmalı olacaq. Öz iş yeri olanlar üçün ortaqlıqların ləğvi və ya iş yerinin bağlanması ön plana çıxır. Yuxu görən evinin içində onu dişləyən ilan görsə, onun düşməni evindən və ya qohumlarındandır. Böyük çətinliklərə, xəstəliklərə və uzun sürən kədərli vəziyyətlərə işarə edir.

Yuxuda ilan gormek gördüyünüz ilanın rənginə, ölçüsünə uyğun olaraq müxtəlif mənalara yozula bilər. Yuxuda ilan görülməsi əsasən gizli düşmənlərinizin olduğunu işarət edir. Həmçinin qəflətən gələn bərəkətsizlik ve iş hayatında sıxıntılı dövr yaşayacağınıza yozulur. Bununla yanaşı sadəcə yaxşı günlərdə yanında olan, mənfəət güdən dostlara da işaret edən bir yuxu mənasına gelir. Bəzi yuxu yozanlara görə isə, ilan görmək maddi ve mənəvi olaraq çətin günlərin başlaması mənasına gəlir.

Yuxuda ilan balası görmək

Yuxuda ilan balası görmək təsirsiz düşmənə yozulur. Yuxunu görən şəxs iş həyatında çox güclü olmaq istəyir və zəngin olmaq arzusundadır. Yuxuda ilan balası görmək, bu adamın sizi daim təqib edən və etdiyiniz hər şeydən xəbərdar olmaq istəyən biri olduğuna işarə edir. Yuxuda ilan balası görmək, onu görən adamın subay olduğu halda iş həyatına girəcəyinə və iş sahibi olacağına işarədir. Bu yolda çoxlu səylər və maliyyə itkiləri olacağından xəbər verir.

Yuxuda rəngli ilan görmək

Qeyd etdiyimiz kimi yuxuda görülən ilan rənglərinə görə müsbət və mənfi hadisəyə də işarət edə bilir. Qızılı rəngli ilan gormek maddi ve mənəvi bütün problemlərin həllini tapacağına işarət etdiyi halda, yaşıl ilan görmək günah bir iş görəcəyinizə yozulur. Yuxuda qara ilan görmək cəsaretli insanları təmsil edir.

Yuxuda rəngli ilan görmək düşmənə kin bəsləyən hiyləgər adamdır. Yuxuda görülən qara ilan insana həsəd aparan güclü və çox təhlükəli bir düşməndir. Buna görə də kimsə özünü belə ilanla qarşılaşdığını görsə, real həyatda çox pis bir insanla qarşılaşar. Yuxuda görülən ağ ilan zəif və təsirsiz bir düşməndir. Qırmızı ilan insanlara qarşı pislik düşünən, amma bunu dərk etməyən ikiüzlü düşməndir. Yuxuda görülən yaşıl ilan din düşməni olan, müsəlmanlara qarşı pis düşünən, dili və əli ilə müsəlmanlara zərər vurmağa çalışan təhlükəli düşməndir.

Yuxuda qara ilan görmək

Yuxuda qara ilan görmək; itirəcək bir şeyi olmayan, bir şeyi ağlına qoyduğu zaman heçkimdən çəkinməyərək onu reallaşdırmaq üçün hər şeyi edəcək qədər cəsarətli olan insanların varlığına işarət edir. Pis insanlara və onlardan gələcək bəlalara yozulur. Yuxuda qara ilan görmək, qorxu yaradacaq qədər təhlükəli insanlara ve onlardan gələcək təhlükələrə işarədir.

Yuxuda yaşıl ilan görmək

Yuxuda yaşıl ilan görmək, dini öhdəliklərini yerinə yetirməyib, günah etməkdən zövq alan birinə işarədir. Bu şəxs, yuxunu görən adamın həm özü, həm də ətrafındakı yaxın dostlarından biri olabilər. Bu yuxunu görən adamın davranışlarını düzəltməsi və ya pis davranışları olan insanlardan zərər görməmək üçün uzaqlaşmasına görə işarət aldığı deyilə bilər.

Yuxuda Sarı ilan Görmək

Yuxuda sarı ilan görmək, yaxşı mənalar daşımır. Maddi mənada güclü, ətrafı çoxluq olan, adı ve sözü hər yerdə keçən birinə, onun şərrinə işarədir. Ümumi mənada pis niyyətə, kəm gözlərə, saxtakarlığa, neqativ düşünən birinə və bu şəxsdən gələcək olan zərər şəklində yozulur. Yuxuda sarı ilan görmək uğursuzluq mənasını daşıyır.

Yuxuda ağ ilan görmək

Yuxuda ağ ilan görmək, yuxunu görən adamın ətrafındakı insanlara, hətta çox sevdiyi insanlara qarşı düşündüyü mənfi və pis davranışların dəyişməsinə işarədir.. Yuxunu görən şəxsin, insanlara qarşı hiss etmiş olduğu güvənsizlikdən yavaş-yavaş xilas olmağa başladığına ve yaxın zamanda da bunlarınhəll yolunu tapacağına yozulur.

Yuxuda qırmızı ilan görmək

Yuxuda qırmızı ilan mal sahibi bir düşmənə işarət edir. İlan böyük və iridirsə qorxu, təhlükə mənasına yozulur.

Yuxuda ilan yumurtası görmək

Yuxuda ilan yumurtası görmək, düşmənlərin sayının artacağına, insanın ətrafında güvənəcəyi adam tapmaqda çətinlik çəkəcəyinə işarədir. Əsərlərdə və əməllərdə İslam dininə uyğun olmayan halların, etdiyi səhvlər və ətrafındakı pis niyyətli insanlar ucbatından insanın başına gələcək bəzi pis hadisələrin olmasına diqqət çəkir. İlan yumurtası bəzi təfsirçilər tərəfindən zəif düşmən kimi qəbul edilsə də, digər tərəfdən düşmənlərin özlərinə dəstək verəcək adamlar tapdıqlarından və onların sayını getdikcə artıracağından xəbər verir. Yuxu görənin bu yuxunu içində olduğu mühitlə bağlı xəbərdarlıq olaraq qəbul etməli olduğuna və dostlarını çox diqqətli seçməli olduğuna işarə edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button